Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranlı millət vəkili: “Bazar nizamsızdır və dövlət bazara nəzarət edə bilmir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranlı millət vəkili: “Bazar nizamsızdır və dövlət bazara nəzarət edə bilmir”

İranlı millət vəkili: “Bazar nizamsızdır və dövlət bazara nəzarət edə bilmir”


İran Milli Məclisinin Şirazdan seçilmiş millət vəkili Bəhram Parsayi bildirib ki, nəzarət edici orqanlar nizamsız İran bazarına nəzarəti itiriblər və dövlət ət və avtomobil qiymətlərinin artımının qarşısını almaq iqtidarında deyil.

Onun sözlərinə görə, millət vəkilləri 1398-ci il büdcə layihəsində çox cüzi dəyişiklər etdiyindən, gələn il də vəziyyətin stabilləşəcəyi dəqiq deyil. Çünki büdcə layihəsində İranın gələn il günlük 1 milyon 500 min barel neft satacağı nəzərdə tutulub. Bu reallaşsa, vergi gəlirləri ilə birlikdə ölkənin çətin vəziyyətdən çıxması mümkündür. Reallaşmasa, ölkənin problemləri nəinki azalacaq, əksinə çoxalacaq.

Sanksiyalara da toxunan millət vəkili deyib ki, İrana qarşı sanksiyalar gün- gündən daha geniş sahələri əhatə etdiyindən, dövlət rəhbərləri bununla bağlı ciddi addımlar atmasa, gələn il vəziyyət narahat edici səviyyədə olacaq.

Qeyd etmək lazımdır ki, 2018-ci ilin may ayında Amerika Birləşmiş Ştatları rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul edərək nüvə razılaşmasından çıxdığını elan etdikdən sonra İran iqtisadiyyatı ağır vəziyyətə düşüb, eləcə də ölkə valyutası kəskin olaraq dəyərini itirib.

İran Milli Məclisinin Araşdırma Mərkəzinin məlumatına görə, əgər ölkədə ciddi addımlar atılmasa, gələn il İran iqtisadiyyatı 3.8%-dən 5.5%-ə qədər kiçiləcək.

Geri dön