Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda tibbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda tibbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub

İranda tibbi helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub


İranın Çəharmahal və Bəxtiyari vilayətində tibbi helikopter qəzaya uğrayıb.

Helikopterin təcili tibbi yardıma çağırış daxil olduqdan sonra uçuş həyata keçirdiyi bildirilir. Hadisə nəticəsində 5 nəfər ölüb. Onlardan 3-ü uçuş ekipajı, digər 2-si isə təcili tibbi yardım əməkdaşlarıdır.

Helikopterin hansı səbəbdən qəzaya uğraması barədə məlumat verilmir.

Geri dön