Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Hollandiya öz səfirini Tehrandan geri çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Hollandiya öz səfirini Tehrandan geri çağırıb

Hollandiya öz səfirini Tehrandan geri çağırıb


Hollandiyanın Xarici İşlər Nazirliyi bu ölkənin Tehrandakı səfirliyinin iki əməkdaşının İrandan deportasiya edilməsindən sonra bu gün Tehrandan səfirini məsləhətləşmələr aparmaq üçün geri çağırdığını bildirib.

Xəbəri təsdiqləyən səfir bildirib ki, bu qərar İranın iki holland diplomatı “arzuolunmaz şəxslər” siyahısına salaraq, ölkədən deport etməsindən sonra qəbul edilib.

Qeyd etmək lazımdır ki, İran rejimi Hollandiyada yaşayan 2 iranlı müxalifə qarşı terror aktı törətdikdən sonra rəsmi Amsterdam ilə Tehran arasında diplomatik qalmaqal yaşanır.

2018-ci ilin iyun ayında Hollandiya hökuməti qətllərlə əlaqəli olaraq iki iranlı diplomatı bu ölkədən qovmuşdu. Bunun səbəbinin isə İran xüsusi xidmət orqanlarının bu terror aktlarında əllərinin olması bildirilirdi. Bundan əlavə, Hollandiyanın xüsusi xidmət orqanları kəşfiyyat məlumatlarına əsasən, Hollandiya- İran vətandaşlıqları olan bu şəxslərin İran rejimi tərəfindən öldürüldüyü barədə hökumətə raport təqdim etmişdi.

İran XİN 2 diplomatının Hollandiyadan qovulmasından sonra bildirmişdi ki, rəsmi Tehranın bu addım qarşısında “cavab tədbirləri görmək haqqı var”.

Geri dön