Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb

Qərbi Azərbaycan: Bukanda saxta alkoqollu içkilərdən 11 nəfər zəhərlənib, onlardan 2-i ölüb


Qərbi Azərbaycan Əyalətinin Bukan şəhərində saxta yolla hazırlanmış alkoqollu içkilər 11 nəfərin zəhərlənməsinə səbəb olub, onlardan 2-nin öldüyü bildirilir.

Bu barədə Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi Baqir Bəhrami “Mehr” xəbər agentliyinə danışıb.
“Bukanda 11 nəfər əldəqayırma yolla hazırlanmış saxta alkoqollu içkilərdən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlardan 2-i ölüb, 4-ü isə durumları ağır olduğu üçün Urmiyə xəstəxanasına intiqal edilib.”- deyə o bildirib.

Qərbi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin rəisi bildirib ki, saxta içkilər Bukan ətrafındakı şərəhciklərdə istifadə olunub, bu məsələ polis tərəfindən araşdırılır.

Oxşar hadisə ötən günlərdə Ərdəbil Əyalətinin Meşginşəhr və Şərqi Azərbaycan Əyalətinin Əhər şəhərində baş vermişdir. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü və 57 nəfərin zəhərləndiyi, Əhərdə isə 1 nəfərin öldüyü və 100-dən çox insanın zərhərləndiyi bildirilmişdir.
İranda saxta alkoqollu içkilərin ölüm, kor olma və zəhərlənmələrə səbəb olması yeni xəbər deyil. Bu ölkədə 1979-cü ildən, islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağandır. Buna görə də evdə hazırlanmış və ya qanunsuz içkilər istehlak olunur.

Geri dön