Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Superliqasının XXV turuna start verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Türkiyə Superliqasının XXV turuna start verilib

Türkiyə Superliqasının XXV turuna start verilib


Futbol üzrə Türkiyə Superliqasının XXV turuna “Sivasspor”-“Yeni Malatyaspor” matçı ilə start verilib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 35-ci dəqiqəsində “Sivasspor”un hücumçusu Fateh Aksoy hesabı açıb. Matçın 45-ci dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar - 2:0. Bu dəfə Duqlas Pereyra fərqlənib.

Bu oyundan sonra "Sivasspor" 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Malatya təmsilçisi rəqibi eyni xala malik olsa da, topların fərqinə görə ondan öndədir.

Qeyd edək ki, turun ən maraqlı qarşılaşması “Başakşəhər” və “Fənərbağça” komandaları arasında keçiriləcək.

Geri dön