Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qətər və Livan mətbuatı Azərbaycanın turizm potensialından yazıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qətər və Livan mətbuatı Azərbaycanın turizm potensialından yazıb

Qətər və Livan mətbuatı Azərbaycanın turizm potensialından yazıb


Qətərin “Qalf Tayms”, “al-Arab”, “Lusail”, “al-Raya”, “Peninsula”, “al-Şarq”, həmçinin Livanın “əl-Cümhuriyyə”, “Cedarnyus”, “Menanyus24”, “Alarabiyya”, “Naharnyus”, ”Lebanese nyus” və “Alseyasa” qəzetlərində Azərbaycanın turizm potensialından bəhs edən məqalələr dərc edilib.

Məqalələrdə paytaxt Bakının qədim və müasir tikililərinin, Xəzər dənizinin gözəl sahilyanı ərazilərinin, valehedici qarlı dağların Azərbaycana gələn turistləri məftun etməsindən, ölkəmizin turizm potensialının inkişafından, bu sahədə yaradılan infrastrukturdan danışılır.

Yazılarda ölkəmizin tarixi məkanlarından, turistik yerlərindən söhbət açılır, Bakının, Qusarın, Qəbələnin gəzməli-görməli yerləri barədə məlumat verilir, qeyd edilir ki, Bakı dünyada dəniz səviyyəsindən aşağıda yerləşən yeganə paytaxt, üstəlik ən böyük belə şəhərdir. Xəzər dənizinin sahilində yerləşən Bakı bu dənizin hövzəsindəki ən böyük şəhər statusunu da daşıyır. Buradakı müasir binalar şəhərin qədim arxitekturası ilə vəhdət təşkil edir.

Məqalələrdə bildirilir ki, Azərbaycandakı tikililər müxtəlif üslubların möhtəşəm harmoniyasıdır. Bu binalarda yüz illər ərzində baş vermiş mədəni dəyişikliklər əks olunur. Ölkənin hər yanında minarələrdən tutmuş mozaikalara, orta əsrlərə aid tikililərdən müasir dövrün nümunələrinədək müxtəlif binalara rast gəlinir. Bundan başqa, Azərbaycanın hər bölgəsinin özünəməxsus xüsusiyyəti var.

Həmçinin yazılarda Qusar şəhərindəki Heydər Əliyev Mərkəzi və rəsm qalereyası, eləcə də Şahdağ Qış-Yay Turizm Kompleksi barədə məlumat verilir.

Geri dön