Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təbriz məktəblərində “Türk dilində mədrəsə” şüarı səsləndirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Təbriz məktəblərində “Türk dilində mədrəsə” şüarı səsləndirilir

Təbriz məktəblərində “Türk dilində mədrəsə” şüarı səsləndirilir


Güney Azərbaycanda idman stadionları ilə yanaşı məktəblərdə də milli və mədəni şüarlar səsləndirilir.

Martın 7-də Təbrizin “Əkbəriyyə” məktəbindən bir video yayılıb, videoda azərbaycanlı şagirdlərin milli şüarlar səsləndirdiyi görünür.

Futbol oyununu seyr edən məktəblilər dəfələrlə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarı səsləndiriblər.

Sosial şəbəkə istifadəçiləri isə sözügedən videonu paylaşaraq azərbaycanlı fəalların saxlanması məsələsinə toxunub və bildiriblər ki, “bəlkə Abbas Lisanini həbs edəsiniz, amma onun düşüncəsi ilə nə edəcəksiniz?!”

Bir çox azərbaycanlı sosial şəbəkə istifadəçisi isə Güney Azərbaycan məktəblərində “Türk dilində mədrəsə” şüarı adı ilə kampaniya keçirilməsini təklif edib.

İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı yerli dillərin tədris olunması sərbəstdir. Lakin islam inqilabından 40 il keçməsinə baxmayaraq dövlət 15-ci maddəni icra etməkdən imtina edir. Bu məsələ uzun illərdir azərbaycanlıların kəskin etirazına səbəb olub. Soydaşlarımız sadəcə türk dili və ədəbiyyatının tədris olunması deyil, türk dilində təhsil tələb edirlər.


Geri dön