Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb

Azərbaycan filmi beynəlxalq festivalda uğur qazanıb


Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubunun üzvü Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən 7-ci “Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatı olan “Potluck” mükafatına layiq görülüb.

Kinostudiyadan bildirilib ki, Azərbaycan və İngiltərə birgə istehsalı olan filmin ssenarist və quruluşçu rejissoru Orxan Ağazadə, quruluşçu operatoru Cameron Ward, quruluşçu rəssam və kostyum dizaynı Lara Zeidan, musiqi Məməd Ansa, prodüseri Mina Salimi, koprodüserləri Azər Həsənov və Ruslan Ağazadədir.

Ekran əsərində rolları Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları oynayırlar.

Geri dön