Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək

“Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı keçiriləcək


NUR Art House qalereyasında “Bakı-2020” Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalının keçirilməsinə həsr olunmuş mətbuat konfransı olub.

Birinci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalı 2017-ci ildə Berlin şəhərində keçirilib. Festivalın təsisçisi Dünya Xalqlarının Mədəniyyəti və İncəsənəti Beynəlxalq Assosiasiyasının sədri, Qazaxıstanlı rəssam Bulat Mekebayevdir. Artıq uzun illərdir Almaniyada yaşayan və işləyən rəssam təkcə qazax təsviri sənətini deyil, həmçinin bütün türk dünyası rəssamlarının əsərlərini təqdim edir.

Mətbuat konfransında müxtəlif ölkələrdən təmsilçilərin iştirak etdikləri birinci Berlin festivalı haqqında videoçarx nümayiş etdirilib. Bulat Mekebayev festivalın iştirakçıları və fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 2020-ci il martın 11-də Bakıda keçiriləcək növbəti festivalda xarici ölkələrdən nümayəndələrin iştirakı gözlənilir. Bununla belə, əsas yer Azərbaycana ayrılıb.

B.Mekebayev deyib: “Biz Avropaya Miniatür Kitab Muzeyini göstərmək, avropalıları Azərbaycan xalçaları ilə tanış etmək, onlara bir daha Odlar yurdunun musiqisi, ədəbiyyatı və təsviri sənətini, Azərbaycan xalqının zəngin mədəni sərvətini təqdim etmək istəyirik”.

Sonra festivalın keçirilməsi üzrə təşkilati məsələlərə baxılıb. Miniatür Kitab muzeyinin təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova, “Azərbaycan xalçaçıları” İB-nin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar mədəniyyət işçisi, NUR Art House qalereyasının direktoru Röya Tağıyeva, şairə, tərcüməçi, “Literaturnı Azerbaidjan” jurnalının poeziya şöbəsinin redaktoru Alina Talıbova, uşaq yazıçısı, professor, “Nasledie-İrs” Mədəni-Maarif Mərkəzinin rəhbəri, 40-dan çox elektron kitabın və 60 cizgi filminin müəllifi Solmaz Amanova və digərləri təkliflərlə çıxış ediblər.

Geri dön