Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbildə divarlara Rəhim Qulaminin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbildə divarlara Rəhim Qulaminin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb

Ərdəbildə divarlara Rəhim Qulaminin azadlığa buraxılmasını tələb edən şüarlar yazılıb


Azərbaycanlı fəallar yazıçı, şair və milli-mədəni fəal Rəhim Qulaminin azadlığa buraxılmasını tələb edir.

Onlar bu məqsədlə Ərdəbildə divarlara şüarlar yazıb, fəalın saxlanmasını qınayaraq onun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Divarlara “Ustad Rəhim Qulami azad olnsun”, “Azərbaycanın bütün milli-mədəni fəallarının sərbəst buraxılmasını istəyirik”, “Rəhim Qulami: Cinayət = türkcə lüğət yazmaq” və s. kimi sözlər yazılıb.

Şair, araşdırmaçı və yazıçı olan Rəhim Qulami Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb. Azərbaycanın qələm əhli fəalın son saxlanmasını topladığı türkcə Lüğət əsəri ilə əlaqədar olduğunu düşünür. Onlar illərcə zəhmətdən sonra çapa hazır olan, hazırda isə təhlükəsizlik qüvvələrinin əlində olan qiymətli əsərin gələcək taleyindən nigarandir.

N.S

Geri dön