Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan sinoptikləri isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > Azərbaycan sinoptikləri isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Azərbaycan sinoptikləri isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib


Azərbaycan sinoptikləri isti hava şəraiti ilə bağlı növbəti xəbərdarlığını edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi bildirilib ki, avqustun 7-8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraiti əsasən günəşli keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Geri dön