Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TWESCO-nun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > TWESCO-nun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb

TWESCO-nun gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb


Beynəlxalq Türk Akademiyasının (TWESCO) Prezidenti Darxan Kıdırali, Bişkekdə Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekovla görüşüb.

TWESCO-dan verilən məlumata görə, görüş zamanı Beynəlxalq Türk Akademiyasının hazırda davam edən işləri və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Akademiya prezidenti ötən il reallaşdırılan layihələr, 2019-cu il üçün müəyyən olunan məqsəd və hədəflər haqqında geniş məlumat verib.

Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekov isə TWESCO-nun qurucu dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin, eyni zamanda, bütün türk xalqlarının tarixi və mədəniyyətinin araşdırılmasındakı əhəmiyyətli rolunu vurğulayıb, ölkəsinin dəstəyini ifadə edib.



İlahə Əhmədova

Geri dön