Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu il Azərbaycana 250 min tona yaxın buğda idxal olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Bu il Azərbaycana 250 min tona yaxın buğda idxal olunub

Bu il Azərbaycana 250 min tona yaxın buğda idxal olunub


Bu ilin yanvar və fevral ayları ərzində Azərbaycana 55,438 mln. ABŞ dolları dəyərində və ya 249 932 ton buğda idxal olunub. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 46% və 13% artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 37,843 mln. dollarlıq və ya 215 319 ton buğda idxal olunub.

Məlumat üçün bildirək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana ümumi dəyəri 2 mlrd. dollardan çox mal idxal olunub. İdxal olunan məhsulların 11,34%-i yeyinti məhsulları təşkil edib.

Hesabat dövründə Azərbaycandan ən çox ixrac olunan məhsul isə xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları olub. Bu məhsullar ixracın 82,61-ni təşkil edib, ümumi dəyəri isə 2,6 mlrd. dollar olub. Bu ilin iki ayında ixrac olunan məhsulların miqdarı ötən ilin analoji dövrünə nisbətən 58%, dəyəri isə 42,5%-dən çox olub.

Geri dön