Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib


Bu gün, martın 17-də Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən ictimai nəzarətin gücləndirilməsi, ordu və xalq birliyinin daha da mökəmləndirilməsi, əsgər ailələri ilə aparılan işin səmərəliliyinin yüksəldilməsi məqsədilə hərbi qulluqçuların valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.
Novruz bayramı ərəfəsində Azərbaycan Ordusunun tabeçiliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.
“Açıq qapı” günündə hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, sualları cavablandırılıb.
Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin, eləcə də digər incəsənət kollektivlərinin, tanınmış müğənnilərin iştirakı ilə təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

Geri dön