Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ şirkəti Özbəkistanda qaz hasilatına başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > ABŞ şirkəti Özbəkistanda qaz hasilatına başlayıb

ABŞ şirkəti Özbəkistanda qaz hasilatına başlayıb


Amerika Birləşmiş Ştatlarının “Epsilon Development LLC” şirkəti Özbəkistanın Qaşqadərya vilayətindəki “Talimarjan” yatağında qaz hasilatına başlayıb.

Şirkətin bu yataqdan gündə 250 min kubmetr mavi yanacaq əldə etməsi gözlənilir.

ABŞ şirkəti Özbəkistanda qaz çıxarılmasına 5,2 milyard dollar sərmayə qoyacaq.

Şirkətin nümayəndəsi bildirib ki, Surxandərya və Fərqanə vilayətlərində çox vəsait tələb edən qaz yataqlarına isə qarşıdakı iki ildə 2 milyard dollar həcmində sərmayə qoymaq fikrindəyik.

Özbəkistanın İnvestisiyalar üzrə Dövlət Komitəsinin göstəricilərinə görə, son illər ölkəyə 11,8 milyard dollar həcmində sərmayə qoyulub ki, bunun da 73 faizi neft-qaz sektorunun payına düşür.

Qulu Kəngərli

Geri dön