Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrəvan teatrı “Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Qərbi Azərbaycan-İrəvan > İrəvan teatrı “Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim edəcək

İrəvan teatrı “Soyqırımı tarixinin dastanı” tamaşasını təqdim edəcək


Martın 29-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbdə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə çıxış edəcək.

Bildirib ki, tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Şəbnəm Cəbrayılova, Rövşən Cəfərov, Ruhiyyə Eyvazova, Sevinc Hüseynova, Güney Əliyeva, Səbinə İmamverdiyeva, Arzuman Tanrıverdiyev və Bəhruz Hikmətoğlu çıxış edəcəklər.

Səhnə əsəri erməni quldurlarının XX əsrin əvvəlində Azərbaycan xalqına qarşı törətdikləri soyqırımını əks etdirir.

Geri dön