Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil əyalətində 3 min illik gümüş qədəh tapılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil əyalətində 3 min illik gümüş qədəh tapılıb

Ərdəbil əyalətində 3 min illik gümüş qədəh tapılıb


İranın Ərdəbil əyalətinin Xalxal şəhərində aparılan arxeoloji qazıntı zamanı 3 min illik gümüş qədəh tapılıb.

Qədəh e.ə. 850-616-cı illərdə hökm sürən Manna Çarlığı dövrünə aid edilir.

Ərdəbil Mədəni Miras Əl İşləri və Turizim qurumunun rəhbəri Nadir Fəllahi bildirib ki, arxeoloji qazıntılar və mütəxəssislərin araşdırmaları bu bölgədə Əhəmənilərdən 300 il əvvəl də yaşayış olduğunu göstərir. Onun sözlərinə görə, qədəh Həsənli bölgəsində kəşf edilən gümüş qədəhlərlə müqayisə edilə bilər.

Adı çəkilən qədəh Xalxal Arxeologiya Muzeyində sərgilənəcək.

Geri dön