Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub

Vyanada Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub


Martın 28-də Vyanada Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin irəli aparılmasının müxtəlif elementlərini, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu gün keçiriləcək görüşdə toxunula biləcək məsələləri müzakirə ediblər.

Geri dön