Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiya hökuməti ölkədə işsizlik və iqtisadi göstəricilər barədə məlumatları dərc edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Yaponiya hökuməti ölkədə işsizlik və iqtisadi göstəricilər barədə məlumatları dərc edib

Yaponiya hökuməti ölkədə işsizlik və iqtisadi göstəricilər barədə məlumatları dərc edib


Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin dərc etdiyi məlumata görə, fevralda ölkədə işsizlik fəsil dəyişmələri nəticəsində 2,3 faiz olub.

Bu rəqəm yanvardakı göstərici ilə müqayisədə 0,2 faiz azalıb.

Məlumatda, həmçinin bildirilir ki, Yaponiyada sənaye istehsalı fevralda son dörd ayda ilk dəfə olaraq artaraq yanvardakı göstəricini 1,4 faiz üstələyib. İxrac məqsədilə avtomobil mühərriklərinin və yarmkeçiricilərin istehsalı üçün avadanlıq istehsalında Çində iqtisadi inkişaf səviyyəsinin zəifləməsi nəticəsində azalmadan sonra yeni artım müşahidə edilməyə başlayıb. Lakin buna baxmayaraq, yanvaradək olan səviyyəyə çatmaq mümkün olmayıb.

Hökumətin proqnozlarına görə, ölkə iqtisadiyyatı martda 1,3 faiz, apreldə isə 1,1 faiz artım nümayiş etdirəcək. Bununla yanaşı, ümumilikdə baza qiymətləndirməsi baxımından sənaye məhsulları buraxılışının azalacağı gözlənilir.

Vüqar Ağayev

Geri dön