Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Slovakiyada prezident seçkilərinin ikinci turu başlayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Slovakiyada prezident seçkilərinin ikinci turu başlayıb

Slovakiyada prezident seçkilərinin ikinci turu başlayıb


Slovakiyada prezident seçkilərinin ikinci turunun səsverməsi start götürüb. 18 yaşdan yuxarı 4,45 milyon vətəndaş prezidentliyə 2 namizəddən ən layiqlisini respublikanın rəhbəri postuna seçəcək.

Xarici KİV-lər xəbər verir ki, Slovakiyanın Statistika İdarəsinin rəhbəri Aleksander Ballek seçki məntəqələri bağlanan kimi vətəndaşları operativ informasiya ilə təmin edəcəklərini deyib. Seçkilərin yekun nəticələri isə bazar günü günortadan sonra məlum olacaq.

Qeyd edək ki, prezident postu uğrunda mübarizə aparan Avropa Komissiyası rəhbərinin 52 yaşlı müavini Maroş Şefçoviç və Bratislava yaxınlığındakı Pezinok şəhərciyindən olan 45 yaşlı vəkil Zuzan Çaputova seçkilərin ilk turunda digər 11 namizədi geridə qoymuşdular.

Çaputova, həmçinin əsas rəqibi Şefçoviçi böyük fərqlə qabaqlamışdı – 40,57 faizin 18,66 faizə nisbətində. Növbəti turda qələbə qazanmaq üçün namizədlərə sadə səs çoxluğu kifayət edəcək.

Seçkilərin qalibi iyunun 15-də prezident vəzifələrinin icrasına başlayacaq.

Geri dön