Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Diqlas"da çalışmış 220 sahibkara 8,5 milyon manat güzəştli kredit veriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > "Diqlas"da çalışmış 220 sahibkara 8,5 milyon manat güzəştli kredit veriləcək

"Diqlas"da çalışmış 220 sahibkara 8,5 milyon manat güzəştli kredit veriləcək


Bakının Nizami rayonu ərazisindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardımın göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamın icrasının təmin olunması məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış işçi qrupu tərəfindən sahibkarların fərdi qəbulu davam edir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) keçirilən qəbulda sahibkarların problemləri, onlara dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilir, baş vermiş hadisə ilə əlaqədar fəaliyyətlərinin bərpa edilməsində yaranmış çətinliklər və bu istiqamətdə görülməsi zəruri olan işlər müzakirə olunur.

Martın 30-da işçi qrupu tərəfindən 268 sahibkar fərdi qaydada qəbul edilib. Qəbul zamanı aparılmış müzakirələrin nəticəsi olaraq 245 sahibkar ümumilikdə 6066 kvadratmetr sahədə ticarət obyektinə ehtiyaclarının olduğunu bildirib. Bu istiqamətdə işlərə başlanılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış müzakirələr nəticəsində əldə olunmuş razılığa əsasən ilkin olaraq, Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən ümumi sahəsi 12 min kvadratmetr olan 350-yə yaxın ticarət obyekti beş ay icarə haqqı ödənilməmək şərti ilə istifadə üçün sahibkarlara təklif edilib.

Qəbul zamanı İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi imkanları da sahibkarların diqqətinə çatdırılıb və 220 sahibkar ümumi məbləği 8,5 milyon manat olan güzəştli kreditlərdən istifadə etmək istədiklərini bildirib. Bununla bağlı Sahibkarlığın İnkişafı Fondu tərəfindən həmin sahibkarlarla ilkin işlərə başlanılıb və zəruri məlumatlandırma aparılıb.

Ümumilikdə martın 29-30-da işçi qrupu tərəfindən keçirilmiş qəbulda 410 sahibkar fərdi qaydada qəbul edilib. Onlardan 346 sahibkar ümumi məbləği 14,8 milyon manat olan güzəştli kreditlərə, 380 sahibkar isə ümumilikdə 11,9 min kvadratmetr ticarət obyektinə ehtiyac olduğunu bildirib.

Sahibkarların fərdi qəbulu bu gün də davam etdiriləcək. Zərurət yaranarsa qəbul müddəti uzadılacaq.

Geri dön