Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazanıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazanıblar

Güləşçilərimiz beynəlxalq turnirdə beş medal qazanıblar


Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi ilə ölkəmizi təmsil edən komandamız beş medal qazanıb. Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) bürünc medala sahib olub.

Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmanın əsasən ehtiyat qüvvəsi sayılan bu heyətin iştirak etdiyi yarışda 9 ölkə təmsil olunub.

Geri dön