Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Traxtur” addım-addım çempionluğa doğru: Azərbaycan komandası növbəti rəqibini də böyük hesabla məğlub etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Traxtur” addım-addım çempionluğa doğru: Azərbaycan komandası növbəti rəqibini də böyük hesabla məğlub etdi

“Traxtur” addım-addım çempionluğa doğru: Azərbaycan komandası növbəti rəqibini də böyük hesabla məğlub etdi


Təbrizin “Traxtur” futbol komandası şənbə günü Xuzistanın “İstiqlal” komandasının qonağı olub. Böyük hesabla rəqibini məğlub edən komanda turnir cədvəlində mövqeyini daha da gücləndirib.

İran üzrə futbol klublarının super liqa yarışlarının 23-cü həftəsində keçirilən görüş 3:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

Azərbaycan komandasına qələbə qazandıran qollar 16-cı dəqiqədə Yukiya Sugita, 43-cü dəqiqədə Danyal İsmailifər və 66-cı dəqiqədə Əşkan Dejaqe tərəfindən vurulub.

Super liqa yarışlarının son həftələrində ardıcıl uğurlara imza atan “Traxtur” klubu bu qələbədən sonra 46 xalla turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Hazırda “Perspolis” komandası 48 xalla 1-ci, Tehranın “İstiqlal” komandası isə 43 xalla 3-cü pillədə qərarlaşıb.

N.S

Geri dön