Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MHP-nin saytında İranın “Türkmən səhra” sel bölgəsinə laqeyd münasibəti haqda məqalə dərc olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > MHP-nin saytında İranın “Türkmən səhra” sel bölgəsinə laqeyd münasibəti haqda məqalə dərc olunub

MHP-nin saytında İranın “Türkmən səhra” sel bölgəsinə laqeyd münasibəti haqda məqalə dərc olunub


Türkiyə Milliyyətçi Hərəkat Partiyasının mətbuat orqanı olan “Türkgün” saytında Güney Türkmənistan (“Türkmən səhra”) bölgəsində baş verən sel, İran dövlətinin təbii fəlakətlə üzləşən türkmənlərə qarşı laqeyd münasibəti və azərbaycanlıların türkmən qardaşlarına etdiyi yardımlarla bağlı məqalə dərc olunub.

Dr. Elnur Paşanın müəllifi olduğu məqalədə İranda yaşayan millətlərə qarşı fərqli münasibət olduğu bildirilib.

Müəllif Şiraz və “Türkmən səhra” bölgəsində baş verən sel fəlakətini müqayisə edərək dövlətin bu bölgələrə münasibətdə ayrı-seçkiliyə yol verdiyini bəyan edib.

Məqalədə İran rejiminin selə məruz qalan türkmənlərə yetəri qədər yardım etmədiyi dəfələrlə vurğulanıb. Həmçinin bildirilib ki, İranda türklər bir çox manelərə baxmayaraq türkmən qardaşlarına yardım göstərir, bu istiqamətdə əllərindən gələni edirlər.

Dr. Elnur Paşa Beynəlxalq əlaqələr üzrə mütəxəssisdir. O Türkiyənin əslən Azərbaycandan olan məşhur jurnalistlərindən biridir. Onun “Türkgün” saytında müxtəlif yazıları dərc olunur.

https://www.turkgun.com/amp/devletin-yetersiz-kaldigi-yerde-makale-92041?fbclid=IwAR07GAXppfOKKK8l6sfNR2EfhV0x8-p6ncCmUjtLUpbl5cf3U2UXB2o9Z9w

N.S

Geri dön