Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstan ombudsmanı: "Azərbaycanlıların yerli hakimiyyət orqanlarında təmsilçiliyi minimum səviyyədədir"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Gürcüstan ombudsmanı: "Azərbaycanlıların yerli hakimiyyət orqanlarında təmsilçiliyi minimum səviyyədədir"

Gürcüstan ombudsmanı: "Azərbaycanlıların yerli hakimiyyət orqanlarında təmsilçiliyi minimum səviyyədədir"


Gürcüstanın Marneuli rayonunun azərbaycanlılarla sıx məskunlaşmasına baxmayaraq, onların yerli idarəetmə orqanlarında təmsilçiliyi minimum səviyyədədir.
Bu barədə Gürcüstan ombudsmanı Nino Lomcarianın ölkədə insan haqları və azadlıqlarının vəziyyətinə dair 2018-ci il üzrə hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, Marneulidə milli azlıqların nümayəndələri onların özlərinə aid olan məsələlərin həllində minimal səviyyədə iştirak edirlər.
Bildirilib ki, ombudsman aparatının yerli idarəetmə orqanlarında milli azlıqların iştirakının genişləndirilməsi ilə bağlı bir sıra tövsiyələrinə baxmayaraq, bu istiqamətdə effektiv addımlar atılmayıb.
Hesabatda həmçinin vurğulanıb ki, milli azlıqlara məxsus mədəni irs abidələrinin qorunması sahəsində bəzi tədbirlər həyata keçirilsə də, bu sahə ilə bağlı tövsiyələrin hamısı yerinə yetirilməyib.

Geri dön