Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > NASA: Qrenlandiyanın əsas buzlağı yenidən böyüyür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > NASA: Qrenlandiyanın əsas buzlağı yenidən böyüyür

NASA: Qrenlandiyanın əsas buzlağı yenidən böyüyür


NASA-nın yeni tədqiqatına əsasən, Yer kürəsində ən sürətlə əriyən buz və qar kütlələrindən biri olan Qrenlandiyanın əsas buzlağı yenidən genişlənir. Lakin bu bir o qədər də yaxşı xəbər deyil.

NASA-dan Ala Xeyzendarın hesabatı Qrenlandiyanın Yakobzaven buzlağının azalmadığını, əksinə artdığını bildirib.

"2016 və 2017-ci illərdə iki müxtəlif NASA missiyası zamanı biz buzlağın bir hissəsinin 30 metrədək qalınlaşdığını müşahidə etdik. Bu, bir ilə 30 metrdən çox deməkdir. 2017-2018- ci illər arasında da bu göstərici dəyişib," NASA-dan Ala Xeyzendar deyir.

Bu, gözlənilməz nəticədir. 2012-ci ildən iqlim dəyişikliyi səbəbilə buzlaq ildə 2,9 km azalıb. Lakin son iki ilin nəticələrinə görə buzlaq eyni sürətlə artır.

Buna səbəb? NASA alimləri deyir ki, səbəb Qrenlandiyanın qərb sahilində buzlağın dənizlə üzləşdiyi Disko Beydə havanın temperaturunun soyuq olmasıdır. Bu soyuq hava buzlağa yenidən böyümək imkanı verir.

"Bu buzlağın fyordunun ölçmələri, buzlağın geri çəkildiyi zaman suyun olduqca isti olmasını və okeandan isti sular ilə qidalanmasını və istilik azalması ilə buzlağın qalınlaşmasını göstərir. Bu, okeanların istiləşməməsi demək deyil. Bu sadəcə okeandan gələn istiliyin buzlaqlara tərəf getməməsidir," Londonun İmperial Universitetindən Martin Siegert deyir.

Daha aydın desək, bu problem müşahidə edən alimlərin sözlərinə görə bu, iqlim dəyişikliyiin baş vermədiyi demək deyil. Bu baş verir. Qrenlandiya özü buz səthi olaraq çox yüksək göstəricilərlə əriyir.

Yer kürəsinin artıq istiliyinin əksər hissəsinin okean sularında qərq olması buzlaqların əriməsində mühüm rol oynayır.

"Bu daha çox pis xəbərdir, bu araşdırma bu buzlağın və demək olar ki, bütün Qrenlandiyanın necə həssas olduğunu və xüsusən okeanın temperaturundan asılı olduğunu göstərir," NASA-dan Ala Xeyzendar deyir.

Araşdırmalar 1960-cı ildən okean sularının temperaturunun kəskin artdığını göstərir.

Geri dön