Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq

Görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq


Prezident İlham Əliyev aprelin 1-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur. Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak edib, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərib.

Geri dön