Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həmədan Əyaləti: Aramsız yağan qar və yağış tarixi abidəni dağıdıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Həmədan Əyaləti: Aramsız yağan qar və yağış tarixi abidəni dağıdıb

Həmədan Əyaləti: Aramsız yağan qar və yağış tarixi abidəni dağıdıb


Aramsız yağan qar və yağış Həmədan Əyalətində ciddi fəsadlar törədib.

Aprelin 1-də yayılan məlumata görə, güclü yağıntılar Məlayer şəhərində yerləşən “Mir Fəttah Soyuducusu” adlı tarixi abidəni dağıdıb. Şahidlərin dediyinə görə, artıq abidə tanınmaz hala gəlib, onun əsas hissəsi sıradan çıxıb.

Günbəz şəklində olan “Mir Fəttah Soyuducusu” Məlayerdən Brucerdə gedən yolun kənarında yerləşir. Abidə uzun illərdir ki, baxımsız vəziyyətdə olub.
Qacar dövrünə aid olan tarixi abidə kərpicdən tikilib. Onun iki qapısı var və hündürlüyü 12 metrdir.
“Mir Fəttah Soyuducusu” 2001-ci il martın 15-də ölkənin milli siyahısında qeydə alınıb.

Bundan əlavə, Həmədan Əyalətində yerləşən Əsədabad şəhərinin bir neçə kəndini su basıb. Daşqınlar nəticəsində 100-ə yaxın evə ciddi ziyan dəyib, onların bəziləri təmami ilə dağılıb. Hazırda Nüsrətabad və Nəcəfabad kəndləri sel sularının əhatəsindədir.

Əsədabad Şəhər İcra Hakimiyyətinin başçısı Kərim Həmidvəndin sözlərinə görə, Əsədabad düzünün hər yeri su altında qalıb, 3 min hekltardan çox əkin yerinə ciddi ziyan dəyib.

İcra Hakimiyyəti başçısının sözlərinə görə, hazırda bölgədəki çaylar daşmaq üzrədir, bu baş verərsə 15 kənd su altında qala bilər.

N.S

Geri dön