Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq

Xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan universitetlərində kvota ayrılacaq


Gürcüstanda yaşayan azərbaycanlılar üçün Azərbaycanın ali məktəblərində xüsusi kvota ayrılacaq.

Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Dmanisi rayonunda yerli azərbaycanlılarla keçirdiyi görüşündə deyib. O bildirib ki, kvota üzrə Azərbaycan universitetlərinə xarici ölkələrdən qəbul olunacaq tələbələr ödənişsiz təhsil alacaqlar.

Komitə sədrinin sözlərinə görə, kvotanın ayrılması ilə bağlı Azərbaycan hökumətinə müraciət olunub və Nazirlər Kabineti bu məsələni dəstəkləyib. Kvotanın ayrılması istiqamətində işlər davam etdirilir.

Xətayi Əzizov

Geri dön