Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞ PA-da Suriya ermənilərinin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi məsələsi qaldırılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > AŞ PA-da Suriya ermənilərinin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi məsələsi qaldırılacaq

AŞ PA-da Suriya ermənilərinin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi məsələsi qaldırılacaq


Azərbaycan Suriya ermənilərinin işğal olunmuş Azərbaycan torpaqlarına qeyr-qanuni koçürülməsi ilə bağlı məsələni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qaldıracaq.
"Biz AŞPA-nın qarşıdan gələn payız sessiyasında birmənalı olaraq məsələ qaldıracağıq ki, Ermənistan bu cür qeyri-qanuni addımlar atır, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qətnamələrinə, Avropa Şurası qarşısında götürdükləri öhdəliklərə zidd olaraq dünyanın müxtəlif bölgələrindən erməniləri işğal etdiyi Azərbaycan torpaqlarına köçürür. Bu məsələni xüsusən Suriyanin misalında qaldıracağıq", - bunu Trend-ə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva deyib.
Deputat qeyd edib ki, Suriyada gərginlik getdikcə artır və təbii ki, Ermənistan bundan Suriya ermənilərinin işğal olunmuş Azərbaycan torpaqlarına qeyri-qanuni köçürülməsi üçün istifadə etməyə başlayıb və bunu davam etdirmək niyyətindədir.
Millət vəkili bildirib ki, bu, birmənalı şəkildə beynəlxalq hüquq normalarına zidd olmaqla bərabər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə də ciddi ziyan vuran amildir.
Paşayeva, həmçinin Suriya ermənilərini Ermənistanın yalan vədlərinə inanıb işğal olunmuş Azərbaycan torpaqlarına gəlməməyə çağırıb.
"Bu, qeyri-qanuni məskunlaşmadır. Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi zaman həmin ermənilər orada yaşamaq hüququna malik olmayacaqlar və oradan çıxıb getməli olacaqlar", - millət vəkili deyib.

Geri dön