Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Hadisə > Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var

Bakıda dustaqlar arasında kütləvi dava düşüb, xəsarət alanlar var


Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.
Hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.
Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hadisə mart ayında baş verib: "Heç bir kütləvi davadan söhbət getmir. Sadəcə, üç nəfər məhkum öz aralarında məişət zəminində dava edib. Hadisə ilə əlaqədar onlar qanunvericiliyin tələblərinə uyğun olaraq daxili intizam qaydalarını pozduqlarına görə cərimə təcridxanasına salınıb".

Geri dön