Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlılar etiraza başlayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Azərbaycanlılar etiraza başlayır

Azərbaycanlılar etiraza başlayır


Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib.
Müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) təşkil etdiyi aksiyada Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin ləğv edilməsinə etiraz bildirilib.

Aksiya iştirakçılarının sözlərinə görə, hər seçkidə bu məntəqədə VMHP səs çoxluğu əldə edir və buna görə hakim Gürcü Arzusu Partiyası seçki məntəqəsinin digər məntəqə ilə birləşdirilməsinə çalışır.

Müxalifətçilər Bəylər kəndindəki 78 saylı seçki məntəqəsinin digər məntəqəyə birləşdiriləcəyi təqdirdə kütləvi etiraz aksiyasının keçiriləcəyini bildiriblər.

MSK-nın Marneuli rayonundakı nümayəndəliyindən etiraz aksiyasına münasibət bildirilib. Qurumdan qeyd olunub ki, 78 saylı seçki məntəqəsinin Norqiuli kəndindəki məntəqə ilə birləşdirilməsi nəzərdə tutulub və məqsəd seçki məntəqəsində mövcud şəraitin yaxşılaşdırılmasıdır.

Geri dön