Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 10 milyona doğru - AXC qurucuları dünyaya gələndən indiyədək azərbaycanlıların SAYI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > 10 milyona doğru - AXC qurucuları dünyaya gələndən indiyədək azərbaycanlıların SAYI

10 milyona doğru - AXC qurucuları dünyaya gələndən indiyədək azərbaycanlıların SAYI


“Azərbaycanlıların sayı - Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları (M.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və s.) dünyaya gələndə 1.4 milyon, Azərbaycan ictimai-mədəni təfəkkürünün inkişafının dahiləri (C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid və s) dünyaya gələndə 1.5 milyon, 2-ci dünya müharibəsinin qəhrəmanları (H.Aslanov, M.Hüseynzadə və s.) dünyaya gələndə 2 milyon, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev dünyaya gələndə 1.8 milyon, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya gələndə 4 milyon, 1-ci vitse-prezident Mehriban xanım Əliyeva dünyaya gələndə 4.4 milyon, Qarabağ uğrunda gedən 1-ci müharibənin qəhrəmanları dünyaya gələndə 5.5 milyon, Aprel döyüşlərinin qəhrəmanları dünyaya gələndə 7.5 milyon idik!”.

Bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili öz Facebook hesabında yazıb. Deputat əlavə edib:

"Şərqdə ilk demokratik cümhuriyyət elan edəndə sayımız 1.9 milyon, 1991-ci ildə mütəqilliyimizi elan edəndə sayımız 7.2 milyon olub, hazırda güclü Azərbaycan quraraq sayımız 10 milyondur! Getdikcə güclənən Azərbaycan sayəsində biz daha çox və daha böyük olacağıq!

Bu siyahını xeyli böyütmək mümkündür. Amma bir fakt ortalıqdadır ki, biz sayımızdan asılı olmayaraq hər zaman tarix yazmışıq, dünyaya yaradıcı, qəhrəman, zəki, zərif və dahi şəxsiyyətlər bəxş etmişik! Keçdiyimiz məşəqqətli tarixi çətinliklərə baxmayaraq bu şəxslərin və dövlətimizin sayəsində sayımız hər zaman artmış və biz hər zaman böyük xalq olmuşuq, gələcəkdə də öz sözümüzü hər yerdə deyəcəyik!".

Geri dön