Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb


İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir məşhur layihənin lisenziyasını alıb.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq.

Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.

Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.

Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.

Geri dön