Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Shamkir Chess 2019”: Bu gün sonuncu turun partiyaları oynanılacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Shamkir Chess 2019”: Bu gün sonuncu turun partiyaları oynanılacaq

“Shamkir Chess 2019”: Bu gün sonuncu turun partiyaları oynanılacaq


Aprelin 9-da Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinin sonuncu turunun oyunları keçiriləcək.

Doqquzuncu turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov çexiyalı David Navara ilə qarşılacaqlar.

Səkkizinci turda vaxtından əvvəl dünya çempionu adını qazanmış Maqnus Karlsen rusiyalı Aleksandr Qrişuk ilə yarışacaq. Hindistanlı Vişvanatan Anand bolqarıstanlı Veselin Topalov, çinli Dinq Liren Holland Aniş Giri ilə üz-üzə gələcəklər.

Səkkiz turdan sonra 6 xal toplayan Maqnus Karlsen dördüncü dəfə “Shamkir Chess 2019”un qalibi olub. Aleksandr Qrişuk, Dinq Liren, Sergey Karyakin hərəyə 4,5 xal, Vişvanatan Anand, David Navara, Teymur Rəcəbov, Veselin Topalov isə 4 xal toplayıblar. Şəhriyar Məmmədyarovun 3, Aniş Girinin 2,5 xalı var.

Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirdə birinci yeri tutub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Geri dön