Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bölgələrdə vəkillik qurumları yaradılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hüquq > Bölgələrdə vəkillik qurumları yaradılır

Bölgələrdə vəkillik qurumları yaradılır


"Bölgələrdə vəkillik qurumlarının yaradılması ilə bağlı işlərə başlanıb".
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

A.Bağırovun sözlərinə görə, hazırda regonal məhkəmələrin fəaliyyət göstərdiyi ərazilərdə vəkil büroları yaradılır:

"Gəncə, Şirvan, Sumqayıt, Şəki və Lənkəran şəhərlərində proses davam edir. Artıq Sumqayıt, Şəki və Şirvan şəhərlərində bu işlər tamamlanmaq üzrədir, bunun üçün bina da ayrılıb. Gəncə və Lənkəranda isə iş gedir. Biz istəyirik ki, regionlarda da vəkillik institutu inkişaf etsin. Artıq regionlarda vəkillərin sayı artırılır. Bu gün regionlarda vəkillərin sayı azdır. Əgər Bakıda 3 min nəfərə 1 vəkil düşürsə, regionlarda 10-15 min nəfərə bir vəkil düşür. Bu istiqamətdə işlər görürük. Biz istəyirik ki regionlarda vəkillərin sayı artsın. Bu məsələdə dövlət də bizə tam dəstək verir".

Geri dön