Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanlı türkoloq alim beynəlxalq mükafata layiq görülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycanlı türkoloq alim beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı türkoloq alim beynəlxalq mükafata layiq görülüb


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun elmi yaradıcılığı Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu tərəfindən yüksək qiymətləndirilib.

Gənc alimimiz türk dili, ədəbiyyatı və mədəniyyəti sahəsində akademik, elmi çalışmalarına, göstərdiyi xidmətlərə görə Türklərin Dünyası İnstitutunun nüfuzlu “Dil, ədəbiyyat və mədəniyyət sahəsində akademik nəşrlər və elm mükafatı”na layiq görülüb.

Qeyd edək ki, E.İbrahimov bu günə qədər türk dünyasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Türkiyənin Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən “Xoca Əhməd Yəsəvi” medalı, türkologiya sahəsində elmi fəaliyyətlərinə görə isə Kazan Federal Universiteti tərəfindən “Lev Tolstoy” mükafatı ilə təltif olunub.

Geri dön