Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb

Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb


Daşkənddə Qazaxıstana həsr edilmiş “Böyük səhra: tarix və mədəniyyət” adlı sərgisi açılıb.

Sərgidə Qazaxıstanın tarixi, etnoqrafiyası, mədəniyyət və incəsənəti, o cümlədən ölkənin simvoluna çevrilən “Qızıl adam” nümayiş etdirilir.

Sərgidə məlumat verilib ki, 1960-cı illərdə Almatı ətrafında arxeoloji qazıntılar aparılarkən İssık kurqanında qızıl paltarda sak hərbçisinin qalıqları aşkar edilib və bu tapıntı “Qızıl adam” adlandırılıb. Bu tapıntı Qazaxıstanda həm də “əsrin tapıntısı” adını alıb və “Qazaxıstan Tutonxamonu” adlandırılıb. “Qızıl adam” bizim eradan əvvəl V-IV əsrlərə aid edilir.

Sərgidə bildirilib ki, sərgi Rusiya, Çin, Azərbaycan, Polşa, Belorus, Koreya, və digər ölkələrdə də təşkil olunub. İlin sonunadək sərginin dünyanın 20-dən artıq ölkəsində nümayişi nəzərdə tutulur.

Qulu Kəngərli

Geri dön