Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il həbsə məhkum edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İranda “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il həbsə məhkum edilib

İranda “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il həbsə məhkum edilib


Ötən il İran rejiminin ölkə qadınlarına zorla qəbul etdirdiyi məcburi hacab siyasətinə qarşı etiraz əlaməti olaraq, Tehranda ictimaiyyət qarşısında baş örtüyünü açdığına görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il həbsə məhkum edilib.

Bu barədə Vida Müvəhhidin vəkili Pəyam Derəfşan aprelin 14-də jurnalistlərə açıqlama verib. O bildirib ki, müvəkkilinə qarşı həbs qərarı ay yarım əvvəl çıxarılıb: “Müvəkkilim ictimai yerdə baş örtüyünü açmaqla insanları fahişəliyə təşviq etməkdə günahlandırılaraq 1 il həbsə məhkum edilib. Hökm artıq qətidir. Müvəkkilim hazırda Rey şəhərinin həbsxanasında saxlanılır” –deyə vəkil əlavə edib.

Xatırladaq ki, İranda qadınların məcburi hicaba qarşı ilk dinc etirazına 2018-ci ilin əvvəllərində start verilib. 31 yaşlı Vida Müvəhhid Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb. O, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan müvəqqəti olaraq şərti azadlığa buraxılmışdı.

İranda “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşan Vida Müvəhhid 1 il həbsə məhkum edilib

Qeyd etmək lazımdır ki, son il yarımda İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq, hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildiriblər. Həmin etirazlarda 40-dan çox qadın həbs edilib, bir neçəsi isə rejimin təzyiq və təhdidlərinə dözməyərək ölkədən qaçıb

Geri dön