Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Bildiriş > Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır

Ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır.

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizə qəbulu 2019-cu il martın 15-dən başlayıb və aprelin 15-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, aprelin 15-i saat 08:15-ə olan məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 80095 abituriyent öz ərizəsini təsdiq edib.

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, saat 23:59-dək “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Elektron ərizələrini sənəd qəbulu komissiyalarinda təsdiq etdirməli olan şəxslərin nəzərinə çatdırılır ki, komissiyalar axşam saat 17:00-dək fəaliyyət göstərir.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

Qeyd: Tələbə qəbulu elanı və digər zəruri məlumatlarla daha ətraflı “Abituriyent” 2 jurnalında tanış olmaq mümkündür.

Geri dön