Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mehdi Kuxiyan Ettelaat-ın təcridxanasından zindana köçürülüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Mehdi Kuxiyan Ettelaat-ın təcridxanasından zindana köçürülüb

Mehdi Kuxiyan Ettelaat-ın təcridxanasından zindana köçürülüb


Aprelin 8-də Məlikan Şəhər Ettelaat İdarəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan aprelin 13-ü axşam saatlarında Ettelaat-ın təcridxanasında zindana köçürülüb.

“Şəhr-i xəbər Məlikan” Teleqram kanalının müdiri zindana köçürüldükdən sonra aclıq aksiyasını dayandırıb.

Azərbaycanlı fəal aprelin 9-da, saxlandıqdan bir gün sonra aclığa başlamışdır. O bu barədə ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq məlumat vermişdir.

Kuxiyanın yaxınlarının dediyinə görə, azərbaycanlı fəalın saxlanması Məlikanın millət vəkili Salman Xudadadinin müdaxiləsi və sifarişi ilə baş tutub, deputat və Ettelaat İdarısinin fəalla bağlı hansı ssenari qurduqları hələlik məlum deyil. Belə açıqlamalara baxmayaraq, Mehdi Kuxiyanın saxlanmasının səbəbi barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Salman Xudadadi ötən aylarda Zəhra Nəvidpur adlı xanıma cinsi təcavüz və onun şübhəli ölümü ilə bağlı mətbuatın gündəminə düşmüşdür.

Mehdi Kuxiyan bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və mədəni hüquqları uğrunda apardığı mə

Geri dön