Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat, Borçalı > Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var


Cari ilin yanvar–mart aylarında Gürcüstanın ümumi xarici dövlət borcu 5 milyard 388, 974 milyon ABŞ dollar təşkil edib. Borcun 5 milyard 222, 384 milyon dolları hökumətin payına düşür.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu dəyişməyib. Bu il aprelin 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7 milyon 435 min dollar təşkil edib.

Gürcüstanın ən çox borcu Almaniyayadır – 320 milyon 233 min dollar. İkinci yerdə 248 milyon 481 min dollarla Fransa, üçüncü yerdə isə 212 milyon 609 min dollarla Yaponiya qərarlaşıb.

Xətayi Əzizov

Geri dön