Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT-in baş katibi və Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT-in baş katibi və Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər

ATƏT-in baş katibi və Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər


Aprelin 24-də ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə ediləcək.

Bu barədə aprelin 18-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Tərəflərin görüşü aprelin sonunda beynəlxalq təhlükəsizliyə dair VIII Moskva Konfransı çərçivəsində keçiriləcək. Rusiya XİN rəsmisinin sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, digər beynəlxalq məsələlər, o cümlədən Avropanın təhlükəsizliyi, Dnestryanı bölgədə, Balkan ölkələrində və Mərkəzi Asiyada vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

Geri dön