Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Qarabağ” “Keşlə”ni böyük hesabla məğlub edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > “Qarabağ” “Keşlə”ni böyük hesabla məğlub edib

“Qarabağ” “Keşlə”ni böyük hesabla məğlub edib


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Turnir cədvəlində ilk pillədə qərarlaşan “Qarabağ” autsayder “Keşlə”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 18-ci dəqiqədə Simeon Slavçev vurub. Qoldan sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov hakimlərə etirazını bildirib. O, rəqib oyunçuların qaydanı pozduğunu iddia etsə də, FIFA referisi Əliyar Ağayev məşqçini texniki zonadan uzaqlaşdırıb. 59-cu dəqiqədə isə Riçard Almeyda penaltidən fərqlənməklə fərqi iki topa çatdırıb. 75-ci dəqiqədə Abdullah Zubir rəqibi üçüncü dəfə məyus edib.

Bu nəticədən sonra xallarının sayını 57-yə çatdıran “Qarabağ” 1-ci pillədəki mövqeyini qoruyub. “Keşlə” isə 20 xalla sonuncu - 8-ci yerdə qalıb.

Qeyd edək ki, günün digər oyununda “Səbail” səfərdə “Sumqayıt”ı məğlub edib - 2:1. Tura sabah keçiriləcək “Qəbələ” – “Zirə” və “Sabah” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Geri dön