Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar

İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar


İsveç alimləri kişilərdə vaxtsız ölümün səbəbini araşdırıblar. Kişilərdə ürək döyüntüsünün normal vəziyyətdə dəqiqədə 75 zərbə vurmasının azaldığı təqdirdə ürək-damar sistemi xəstəliklərinin yaranması riskinin artması və vaxtından əvvəl ölüm hallarının baş verməsi mümkündür.

İsveç alimləri bu qənaətə 1943-cü ildə Höteborq şəhərində anadan olmuş 798 kişi arasında apardıqları tədqiqat nəticəsində gəliblər. Tədqiqat hələ 1973-cü ildə başlayıb, onun könüllü iştirakçıları isə özləri haqqında məlumatları, o cümlədən gündəlik stress səviyyəsi, həyat tərzi və irsi ürək-damar xəstəliklərini mütəmadi olaraq alimlərə çatdırıblar. Bundan sonra tədqiqatçılar könüllüləri dörd qrupa bölüblər. Birinci qrupda ürək döyüntülərinin 55 zərbə və daha az, ikincidə isə 55-65 zərbə olduğu kişilər olublar. Sonrakı qruplara ürək döyüntüsü zərbələrinin 65-75 və 75-dən çox olduğu könüllülər daxil edilib. Məlumatların təhlili göstərib ki, göstəriciləri 55 zərbədən çox olanlar siqaret çəkənlər, stressə məruz qalanlar və az hərəkət edənlərdir. Lakin buna baxmayaraq, ürək döyüntüsü zərbələri 75-dən çox olanlar arasında vaxtsız ölüm halları iki dəfə çox olub.

Ekspertlər qeyd ediblər ki, risk qrupuna aid olan kişilər mütəmadi olaraq hərəkət etməli və düzgün qidalanmalıdırlar. Alimlərin sözlərinə görə, məhz bu amillər ürək döyüntüsü zərbələri ilə bağlı vəziyyəti normallaşdıra bilər. İndi isveçli alimlər ürək döyüntüsünün qadınların ömür həddinə təsirini araşdırırlar.

Rauf Əliyev

Geri dön