Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ağdamda “Torpağın səsi” adlı konsert proqramı təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Ağdamda “Torpağın səsi” adlı konsert proqramı təqdim olunub

Ağdamda “Torpağın səsi” adlı konsert proqramı təqdim olunub


Ağdam Musiqi Kollecinin tələbələrinin iştirakı ilə Ağdam Muğam Mərkəzində konsert proqramı təqdim olunub.

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən “Torpağın səsi” layihəsi çərçivəsində reallaşan konsert kollecdə təhsil alan istedadlı gənclərin ictimaiyyətə tanıdılması və onlarda səhnə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyır. Layihə rəhbəri Elnur Səlimovun AZƏRTAC-a verdiyi məlumata görə, əsas repertuarı muğam və xalq mahnıları olan konsertdə təxminən 200-dən artıq tamaşaçı iştirak edib.

Məktəbin birləşmiş xor və orkestr kollektivinin çıxışı ilə başlayan konsert iki saat davam edib.

Geri dön