Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanılıb

Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanılıb


Prezident İlham Əliyevin 2018-ci il sentyabrın 5-də imzaladığı Fərmana əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi işləri davam etdirilir. Belə ki, bu ilin əvvəlindən tətbiq olunan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin texniki imkanları artırılmaqla, əlilliyə görə pensiya təyinatlarının da elektron sistem üzərindən həyata keçirilməsinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da artıq heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunur.

Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat verilir.

Beləliklə, əlilliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması, süründürməçilik, neqativ halların başvermə ehtimalı tam aradan qalxıb, həmin istiqamətdə də şəffaf və çevik pensiya təyinatı mexanizmi qurulub.

Geri dön