Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək


Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Geri dön