Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib

“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib


“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində “Sulayman Too sülh və sabitlik simvolu: Böyük İpək Yolunda Oş şəhəri və Oş vilayətinin turizm potensialı” mövzusunda biznes-forum keçirilib.

Tədbirdə TÜRKSOY-a üzv ölkələrin işgüzar dairələrinin nümayəndələri və turizm şirkətləri iştirak edib.

Tədbirdən əvvəl iştirakçılara regionun turizm potensialı mövzusunda fotosərgi, tətbiqi sənət nümunələri nümayiş etdirilib.

Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov və Oş şəhərinin meri Taalaybek Sarıbaşov “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində keçirilən mərasimlərə böyük qiymət veriblər. Onlar regiona turistlərin cəlb olunması istiqamətində həyata keçiriləcək layihələrdən danışıblar.

Bildirilib ki, vilayətdə qış turizminin inkişaf etdirilməsi sahəsində də müxtəlif layihələr həyata keçiriləcək.

Qulu Kəngərli

Geri dön