Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub

ABŞ-ın raket daşıyan gəmisi Batumi limanına daxil olub


Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinin “Arli Berk USS Ross” (DDG71) raket daşıyan gəmisi aprelin 21-də Batumi limanına daxil olub.

Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyinin saytında məlumat verilib.

Məlumatda bildirilir ki, USS Ross gəmisinin Batumiyə gəlişi ABŞ-la Gürcüstan arasında əməkdaşlığın inkişafına, eləcə də Qara dəniz regionunda sülhə və təhlükəsizliyə xidmət edir.

İspaniyanın Rota şəhər limanında dayanan USS Ross gəmisi ABŞ-ın 6-cı donanmasının dəniz tapşırıqlarını yerinə yetirir.

Xətayi Əzizov

Geri dön